29 Sentyabr 2023

ADY sədri Türkiyə və Gürcüstanın dəmir yolu rəhbərləri ilə ikitərəfli görüşlər keçirib

ADY sədri Türkiyə və Gürcüstanın dəmir yolu rəhbərləri ilə ikitərəfli görüşlər keçirib

29 sentyabr tarixində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasına həsr olunmuş görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə və Gürcüstanın dəmir yolu rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. 

Görüşlər zamanı ölkələr arasında yük həcmlərinin əhəmiyyətli şəkildə artırılması, infrastrukturun sağlamlaşdırılması, eləcə də BTQ dəmir yolu üzrə modernizasiya işlərinin yekunlaşmasından sonra xəttin tam potensialından istifadə üzrə birgə tədbirlərin görülməsi barədə razılıq əldə edilib.