6 Noyabr 2023

ADY şəhid övladları və Vətən müharibəsi iştirakçıları üçün “Könüllü bələdçi” adlı qatar turu təşkil etdi

ADY şəhid övladları və Vətən müharibəsi iştirakçıları üçün “Könüllü bələdçi” adlı qatar turu təşkil etdi

Ölməz şəhidlərimizin əmanətləri və Vətən uğrunda döyüşən qəhrəmanlarımız hər zaman ADY ailəsinin diqqətindədir.

ADY Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi ilə birgə təşkil etdiyi “Könüllü bələdçi” adlı qatar turu ilə onlara rahat və təhlükəsiz səyahət təcrübəsi yaşadıb.

Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadə məhdudiyyətlərinin aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi əsas vəzifələrimizdən biridir.

ADY şəhid ailələri və Vətən müharibəsi iştirakçılarını daim yüksək diqqət və qayğı ilə əhatə edir.

Hazırda ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa vuranadək müavinət ödənilir.

Eyni zamanda ADY-nin müxtəlif strukturlarında ümumilikdə 842 nəfər Qarabağ müharibəsi iştirakçısı çalışır.