14 Aprel 2016

Ankarada üçtərəfli konfrans keçirilmişdir

 Ankarada üçtərəfli konfrans keçirilmişdir

Türkiyənin Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Enerji təhlükəsizliyi, Nəqliyyat və Tranzit Dəhlizlər” mövzusunda üçtərəfli konfrans keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-ni konfransda Tarif siyasəti və Marketinq idarəsinin rəisi Cavid Quliyev təmsil etmişdir.

Qeyd olunan konfransda Cavid Quliyev Baki – Tbilisi- Qars dəmir yolu bağlantısı haqqında çıxış etmiş və ətraflı təqdimat göstərmişdir.

Təqdimatda dəmir yolu bağlantısının əhəmiyyəti, gələcək istifadəsi və indiki vaxta qədər görülən işlər haqqında məlumat verilmışdir.