27 Noyabr 2015

Azərbaycan – Çin dəmir yolları arasında əlaqələr genişlənir

 Azərbaycan – Çin dəmir yolları arasında əlaqələr genişlənir

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çin Dəmir Yollarının rəhbərliyi  arasında görüş keçirmişdir.  

Keçirilən görüşlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən yenidənqurma işləri, 3 avqust 2015-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq respublikaları arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tanzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışmışdır.

Sonra Çin Dövlət Dəmir Yolları haqqında məlumat verilmiş, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.