11 Oktyabr 2016

«Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətində qaynar xətt yaradılmışdır

Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin  ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün qaynar xətt yaradılmışdır.

Qaynar xəttin nömrəsi  1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün «1822», bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə «012 1822» yığılmalıdır.