27 Dekabr 2022

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Astanada qazaxıstanlı həmkarı ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Astanada qazaxıstanlı həmkarı ilə görüşüb

Dekabrın 27-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) və "Qazaxıstan Dəmir Yolu" SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib.