14 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları” QSC-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları” QSC-də Asiya İnkişaf  Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti  Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək, son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

 Görüş zamanı həmçinin ortamüddətli pespektivdə AİB ilə “ADY” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilmişdir.

 Asiya İnkişaf Bankının vitse-prezidenti  Vencay Zanq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirmişdirdir.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.