22 Yanvar 2016

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-də ÇİNİN “CEDAR AVE CAPİTAL” ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

 “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-də ÇİNİN “CEDAR AVE CAPİTAL” ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  GÖRÜŞ KEÇİRİLMİŞDİR

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çin Xalq Respublikasının “Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə  görüş keçirilmişdir.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin  ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.