23 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları» QSC-də “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin rəhbəri ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları» QSC-də “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin rəhbəri  ilə görüş keçirilmişdir

Noyabrın 23-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə Azərbaycan Dəmir yolunda reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verdi.

İkitərəfli görüşdə Azərbaycanın Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunmuşdur.

Sonra “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirmiş, tranzit yük daşımaları  sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat vermişdir.