20 Yanvar 2016

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC-də HİNDİSTANIN AZƏRBAYCANDAKI SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Yanvarın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Hindistanın Respublikasının Azərbaycandakı fövqəladə və  səlahiyyətli səfiri Sanjay Rana  ilə  görüş keçirilmişdir.

 Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə, həmçinin Hindistan və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri məsələləri müzakirə olunmuşdur.

 Səfir  Sanjay Rana  çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirmişlər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.