15 Sentyabr 2016

“Azərbaycan Dəmir Yolları» QSC-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

 “Azərbaycan Dəmir Yolları» QSC-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Sentyabrın 15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə  görüş keçirilmişdir.

 Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə Azərbaycanın Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, "Vikinq train” layihəsinin gələcək  perspektivləri müzakirə olunmuşdur.

Sonra səfir Valdas Lastauskas “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirmişdir.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub  istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.