22 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları” QSC-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları” QSC-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Noyabrın 22-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkəmizin nəqliyyat qurumlarının “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə söhbət açıb.

İkitərəfli görüşdə “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları” QSC-nin bu sahədə fəaliyyəti, Rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunmuşdur.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyindən danışmışdır.

Xatırladaq ki, bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rumıniyada səfərdə olarkən, Cənub-Qərb beynəlxalq marşrutu ilə yükdaşımalarının təşkili imkanlarını müzakirə edib. Bu ilin oktyabr ayında isə Cavid QurbanovunTehranda apardığı danışıqlar zamanı, “DB Cargo” şirkətinin iştirakı ilə sınaq qatarının, məhz Rumıniyanın Konstansa şəhərindən, Cənub-Qərb marşrutu ilə, göndərilməsinə dair qərar qəbul edilib. Həmin qərara əsasən, test qatarı Rumıniyanın Konstansa limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq.

Onu da qeyd edək ki, Rumıniyanın “Translogist Sistem SRL” şirkəti TransXəxər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin üzvüdür. Beləliklə, Rumıniyanın Azərbaycanla nəqliyyat sahəsində bu marşrut üzrə də əməkdaşlıq edir.