24 Noyabr 2016

“Azərbaycan Dəmir Yolları» QSC-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

“Azərbaycan Dəmir Yolları» QSC-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Noyabrın 24-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral  ilə  görüş keçirilmişdir.

Qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Dəmir  Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat vermişdir. Bildirmişdir ki, hal-hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.

Sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral  çıxış edərək bildirmişdir ki, bağlantının Türkiyə hissəsində tikinti işlər sürətləndirilmişdir. Bir çox  tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə  işləri tez bir zamanda başa çatdırılacaq.

Ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.