11 Oktyabr 2016

“AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-də TÜRKİYƏNİN SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

 

Avqustun 25-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşkunla görüş keçirilmişdir.

 Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Daha sonra Səfir Alper Coşkun çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirmişdir.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.