21 Noyabr 2015

"Azərbaycan Dəmir Yolları" QSC-də Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-də Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri ilə görüş keçirilib

 Noyabrın 20-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Ukrayna Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Alekcandr Mişenko və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand  ilə  görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması  məsələləri müzakirə olunmuşdur.

Səfir  Alekcandr Mişenko  və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirmişlər.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.