11 Oktyabr 2016

“AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-də UKRAYNANIN AZƏRBAYCANDAKI SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

“AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC-də UKRAYNANIN AZƏRBAYCANDAKI SƏLAHİYYƏTLİ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

İkitərəfli görüşdə həmçinin Ukrayna və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Ukraynaya Azərbaycan üzərindən transit potensialının artırılması  məsələləri müzakirə olunmuşdur. Sonra Səfir Alekcandr Mişenko və Ukraynanın energetika nazırının müşaviri  İqor Ruban çıxış edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirmişdir.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınmışdır.