5 Noyabr 2022

“Azərbaycan Dəmir Yolları” QSC-də Zəfər Günü qeyd edilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Zəfər Günü qeyd edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 8 Noyabr - Zəfər Günü münasibətilə müharibə iştirakçıları və şəhid ailələri ilə görüş təşkil edilib. Öncə Cəmiyyətin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə bildirilib ki, bu şanlı Qələbə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında şəhidlərimizin canı-qanı hesabına, xalqımızın “Dəmir yumruq” kimi birlik və həmrəyliyi nəticəsində qazanılmışdır. ADY-nin struktur qurumlarının 188 əməkdaşı səfərbərliyə yollanaraq vətənpərvərlik nümunəsi göstərmiş, onlardan 13 nəfəri yaralanmış, 4 nəfər dəmiryolçumuz qəhrəmancasına şəhid olmuşdur.

 Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq məzarları üzərinə gül dəstələri qoyublar.