1 May 2017

“Azərbaycan Dəmir Yolları” QSC üzrə əsas vəsaitlərin (fondların) balansdan silinməsi nəticəsində əldə edilən material qiymətlilərinin özgəninkiləşdirilməsinə dair keçiriləcək hərrac barədə

“Azərbaycan Dəmir Yolları” QSC üzrə əsas vəsaitlərin (fondların) balansdan silinməsi nəticəsində əldə edilən material qiymətlilərinin özgəninkiləşdirilməsinə dair keçiriləcək hərrac barədə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 622 nömrəli Fərmanının 3.8-ci bəndinə əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas səlahiyyətlərindən biri kimi balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi təsbit olunmuşdur. Cəmiyyət üzrə balansdan silinən vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin hərrac yolu ilə özgəninkiləşdirilməsinə dair  satış prosedurlarını qanunvericiliyə zidd olmadan təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 8.1.7-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq təsdiqlənmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə əsas vəsaitlərin (fondların) balansdan silinməsi nəticəsində əldə edilən material qiymətlilərinin hərrac yolu ilə  özgəninkiləşdirilməsinə dair Qaydalar”-a əsasən hərrac elan olunur.

Hərraca müəssisələr üzrə aşağıdakı material qiymətliləri çıxarılacaq:

  1. Yük Daşımaları Departamenti
  • Həcmi 3 ton olan konteyner 1650 ədəd. 1(bir) ədədi üçün ilkin dəyər 70.0 azn
  • Həcmi 5 ton olan konteyner 400 ədəd  1(bir) ədədi üçün ilkin dəyər 100.0 azn
  • Neft məhsullarının qalıqları 300 ton 1(bir) tonu üçün ilkin dəyər  35.0 azn
  • Əlvan metal (Latun) 20 ton.           1(bir) kq üçün ilkin dəyər 4.5 azn
  • Əlvan metal (Mis) 26 ton.              1(bir) kq üçün ilkin dəyər 7.5 azn
  1. İnfrastruktur Departamenti
  • Şpal (beton) 1000.0 ədəd.             1(bir) ədədi üçün ilkin dəyər 5.0 azn
  • Şpal (taxta) 3000.0 ədəd                1(bir) ədədi üçün ilkin dəyər 2.0 azn
  • Əlvan metal (Mis) 12 ton.              1(bir) kq üçün ilkin dəyər 7.5 azn
  • Əlvan metal (Alüminium) 4 ton.     1(bir) kq üçün ilkin dəyər 1.7 azn

 

Hərracda Dövlət Qeydiyyatından keçmiş istənilən rezident fiziki və ya hüquqi şəxslər iştirak edə bilərlər. Bunun üçün, hərrac komissiyasına aşağıdakı sənədləri təqdim etmək lazımdır.

  • Ərizə (qoşma)
  • Dövlət Qeydiyyatından Çıxarış - notarial təsdiqli surəti (hüquqi şəxslər)
  • VÖEN - notarial təsdiqli surəti
  • Hərracda iştirak edəcək şəxsə verilmiş etibarnamə (direktor deyilsə)
  • Nizamnamə - notarial təsdiqli surəti
  • Vergilər Nazirliyinin Elektron Kargüzarlığından hüquqi və faktiki ünvan haqqında, fəaliyyət növü haqqında, şəxsi vərəqədə borc haqqında rəsmi arayış.

Sənədlər komissiyaya 2017-ci il may ayının 22-nə dək təqdim olunmalıdır. Hərrac 30 may 2017 tarixində keçiriləcək. Ətraflı məlumat üçün əlaqə telefonu: mob:+(994)51 515-30-40

HƏRRACDA İŞTİRAK HAQQINDA ƏRİZƏ