11 Oktyabr 2016

Azərbaycan dəmir yollarında yenidəənqurma işləri davam edir

Azərbaycan dəmir yollarında yenidəənqurma işləri davam edir

Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Açılış mərasmində çıxış edən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirdi ki, son vaxtlar dəmir yolunda həyatında yeni dönəm başlayıb. Yeni-yeni layihələr icra olunur, yenidənqurma işləri davam edir. 102 yaşlı Bakı dəmir yolu xəstəxanasının  reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabinetinin əsaslı əsaslı təmir olunması da görülən işlərin tərkib hissələrindən biridir. Şöbələr yeni, müasir avadanlıqlarla təchiz olunmuşdur.

C.Qurbanov dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərən səhiyyə işçilərinə təşəkkür etdi.

Sonra əsaslı təmir olunmuş reanimasiya şöbəsi, kliniki laboratoriyaya və flüoroqrafitya kabinetinə baxış keçirilmişdir.