5 Aprel 2016

AZƏRBAYCAN DƏMİR YOLUNUN VAQON PARKI YENİLƏNİR

Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Bu məqsədlə 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır. Qısa zaman kəsiyində (on bir ay  ərzirdə) vaqonların hamısı ölkəmizə gətirilmişdir.

Bunlardan 400-ü qapalı,  400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan  vaqondur.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu  25 aprel 2015-ci ildə ölkəmizə gətirilmişdir.