18 Yanvar 2016

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilmişdir

 Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilmişdir

14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilmişdir.

Tədbirdə  «Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, «Qazaxıstan Dəmir Yolu» Səhmdar Cəmiyyətinin Prezidenti Askar Mamin,  «Gürcüstan Dəmir Yolu» SC-nin sədri Mamuka Baxtadze, «Ukrayna Dəmir Yolu» SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodnıy, “Xəzər Dəniz Gəmiçiiyi” QSC-nin sədri Rauf Vəliyev və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov iştirak etmişlər.

Tədbirdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna arasında yükdaşıma həcmi, Avropadan Çinə və Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə geriyə konteyner qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi, həmçinin  Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi haqqında məsələlər müzakirə edilmişdir. 

Görüşün yekununa dair dördtərəfli sənəd və Azərbaycanla Gürcüstan arasında ikitərəfli sənəd imzalanmışdır.