7 Sentyabr 2016

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

“Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 2, maddə 133;2006, N 1, maddə 59;2009, N 9, maddə 736,

N 10, maddə 846;2013, N 6, maddə 739;2015, N 11, maddə 1418) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin birinci cümləsində “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə, üçüncü cümləsində “Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin.