20 May 2022

Azərbaycan və İran dəmir yolları arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb

Azərbaycan və İran dəmir yolları arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb

18-19 may tarixlərində baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran İslam Respublikasının Dəmir Yolları (RAI) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib. Bununla yanaşı, İran İslam Respublikasının Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.