3 Aprel 2017

Azərbaycan və Qazaxıstan dəmir yolları arasında Saziş imzalanıb

Azərbaycan və Qazaxıstan dəmir yolları arasında Saziş imzalanıb

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzalayıblar.