12 Aprel 2016

Azərbaycan və Qazaxstan dəmiryolçuları Bakıda bir araya gəldilər

Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş   keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat vermişdir.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması  həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, “ADY ekspess” MMC-nin , «KTZ Express» SC, «Trans Kavkasus Terminals» MMC və «ACSC Logistics  MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunmuşdur.

“Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın  çıxış edərək  Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığln gələcək perspektikləri  haqqında danışmışdır.