23 Noyabr 2016

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilmişdir

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilmişdir

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi arasında görüş keçirilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə çıxış edərək, son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan addımlar haqqında məlumat vermişdir.

C. Qurbanov  bildimişdir ki, Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində kompleks tədbirlər aparılır,  Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində təxirəsalınmaz işlər görülür, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov sonda belə görüşlərin əhəmiyyətindən danışmışdır.