27 Oktyabr 2016

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində qeyd edilmişdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində  qeyd edilmişdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində  təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Çinin xarici işlər nazirinin köməkçisi Kon Suanyou, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etmişlər.

Mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış etmidir. O, 1991-ci ildə qazanılan müstəqilliyin xalqımız üçün çox böyük əhəmiyyət daşıdığını deyərək, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs etmişdir.

Azərbaycanın Respublikasının  Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionda lider dövlətə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını vurğulayan C.Qurbanov, dövlətimizin başçısının Çin ilə əlaqələrin inkişafına göstərdiyi diqqətdən danışmışdır. Bildirmişdir ki, son vaxtlar Azərbaycan və Cin dəmir yolları arasında əlaqələr daha da genişlənməkdədir. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin genişləndirilməsində Cin dəmiryolçularının əvəzsiz xidmətləri var.