6 Noyabr 2015

BAKI-BÖYÜK KƏSİK İSTİQAMƏTİNDƏ 600 KM YOLUN ƏSASLI TƏMİRİNƏ VERİLDİ

 BAKI-BÖYÜK KƏSİK İSTİQAMƏTİNDƏ  600 KM YOLUN ƏSASLI TƏMİRİNƏ VERİLDİ

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verildi. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.

 

Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, təmir işlərinə Biləcəri stansiyasında başlanıldı və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.

 

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.