22 Mart 2016

Bakı - sərnişin stansiyasında Novruz şənliyi

 Bakı - sərnişin stansiyasında Novruz şənliyi

Sərnişin daşımaları Departamentinin Departamentin kollektivi bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

Martın 21-də sərnişinlərin bayram əhval-ruhiyyəsinin qaldırmaq üçün Bakı-sərnişin stansiyasında Novruz şənliyi keçirilmişdir. Qədimdən bu günəcən gəliblib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin mili-mənəvi xüsusiyyətlərilə də xalqın yaddaşında yaşayır

Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsil bayram əhval-ruhiyyəsi yaşatdı. 

Kosa ilə yumurta döyüşməsində qalib çixan hər kəsə Bakı-Sumqayıt elektrik qatarına pulsuz gediş bileti təqdim olundu.

2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü  sessiyasında «Sülh mədəniyyəti» adlı 49-cu  bəndə  müvafiq olaraq «Beynəlxalq Novruz günü» adlı qətnamə layihəsi  yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü etmişdir. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat  -ATƏT Novruz  bayramını  öz təqviminə salmışdır.