5 Dekabr 2016

Bakı sərnişin stansiyasının baş yolları əsaslı təmir olunur

Bakı sərnişin stansiyasının baş yolları əsaslı təmir olunur

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə reallaşdırılmaqdadır.

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Hazırda Bakı sərnişin stansiyasında 1100 metr uzunluğunda baş yol əsaslı təmir olunur, artıq 500 metr dəmir yolu qoyulub.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin verdiyi məlumata görə, mövcud mürəkkəb şərait nəzərə alınaraq,  (kommunikasiya xətlrinin mövcudluğu və torpaq yatağının sağlamlaşdırılması)  təmir işləri iki gün davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 185 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.