11 Oktyabr 2016

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 5900 metr yol əsaslı təmir olunur

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 5900 metr yol əsaslı təmir olunur

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı  təmiri davam edir.

Hazırda Baş Sumqayıt - Sumqayıt sərnişin vağzalı mənzilində və Bakı sərnişin stansiyasında  5900 m uzunluğunda yolun  təmiri həyata keçirilir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 52  km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə  “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də  nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.