10 Aprel 2017

Bakıda Azərbaycan və Rusiya Voleybol Federasiyaları rəhbərlərinin görüşü keçirilib

Bakıda  Azərbaycan və Rusiya Voleybol Federasiyaları rəhbərlərinin görüşü keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya  Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenkonun başçılıq etdiyi numayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. 

Rusiya və Azərvaycan voleybol məktəblərinin tarixi köklərindən söz açan C.Qurbanov bildirib ki, bu görüş Azərbaycan Voleybol Federasiyasının Prezidenti kimi ilk görüşüdür.

Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenko çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycanla ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.