6 Yanvar 2016

BAYRAM GÜNLƏRİNDƏ SƏRNİŞİN QATARLARINA ƏLAVƏ 104 VAQON QOŞULMUŞ, ÜMUMİLİKDƏ 37380 NƏFƏR SƏRNİŞİN DAŞINMIŞDIR

 

Bayram günlərində (28 dekabr 2015-ci ildən 4 yanvar 2016-cı ilə kimi) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına əlavə 104 vaqon qoşulmuşdur.

 Ümumilikdə, bayram günlərində, 8 gün ərzində,  ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə  37380  nəfər sərnişin daşınmışdır.

Qeyd edək ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində  gucləndirilmiş iş rejimi tətbiq olunmuş, sərnişin sıxlığının artması ilə əlaqədar  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulmasını təmin etmişdir.