1 İyul 2016

Bələdçilərin fədakarlığı

Bələdçilərin fədakarlığı

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı  Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova ,  5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstərmişlər. Sərnişin  bətnində daşıdığı müqəddəs yükdən azad olmuş və bir oğlan övladı dünyaya gəlmişdir. 

Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılmış, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılmışdır.

“Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan  dəmiryolçularına öz minnətdarlığını bildirmişlər.