16 Dekabr 2016

Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur

 Bərgüşad-Müsüslü mənzilində 12,5 km dəmir yolu əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

16 dekabr 2016-cı ildə Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri on gün  davam edəcək.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Belə ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında Saziş imzalanıb. Sazişə əsasən “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” həyata keçirilir.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 186  km dəmir yolu əsaslı təmir olunub.