11 Aprel 2016

Çin Xalq Respublikasından Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilmişdir

 Çin Xalq Respublikasından  Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi  gətirilmişdir

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində,  Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına,  Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətitilmişdir. Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, sirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.

Bu gün Çin Xalq Respublikasından  Azərbaycana gətirilmiş  nəqliyyat vasitəllərinə Biləcəri stansiyasında baxış keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları» QSC-nin, “Azəravtoyol” ASC-nin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edirdilər. 

Tədbirdə çıxış edənlər Azərbaycanla  Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildirmişlər.