11 Oktyabr 2016

Daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycana gətirilmişdir

  

Sentyabr ayının 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir. Bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycana gətirilmişdir. Bu, artıq ölkəmizə gətirilən sayca üçüncü qatardır.

Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi   mayın 30-da, ikincisi isə isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilmişdir.

İlin sonuna kimi daha iki elektrik qatarı ölkəmizə gətiriləcək.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə «ADY» QSC ilə “Stadler Rail Group”  şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır.  13 may 2015-ci ildə Bakıda keçirilən «2015 TransCaspian» Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində “Stadler Rail Group”   şirkətindən  KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin  alınması üzrə saziş imzalamışlar.