7 İyun 2016

Dəmir yolları əməkdaşlıq təşkilatına üzv olan ölkələrin nazirlər müşavirəsinin 44-cü sessiyası öz işinə başladı

Dəmir yolları əməkdaşlıq təşkilatına üzv olan ölkələrin nazirlər müşavirəsinin 44-cü sessiyası öz işinə başladı

Bu gün  Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası  öz işinə  başladı. Tədbirin birinci və ikinci iş  günlərində işçi qruplarının iclasları keçirilir.

9 iyun 2016 –cı ildə isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası    və DYƏT-in 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcəkdir.

YADDAŞ ÜÇÜN: Dəmir Yollarının Əməkdaşlığı  Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya  şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində  yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına  rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın  digər formada iştirak etməsi də mümkündür.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır.

Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı  Təşkilatının  (DYƏT) üzvüdür.