19 Yanvar 2016

DƏMİR YOLUNDA FACİƏSİNİN 26-cı İLDÖNÜMÜNÜN KEÇİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI HAZIRLANIB

 

20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.

Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə  və təşkilatlarında 20 yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi  yardımlar edilir.

20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

20 yanvar 2016-cı ildə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.