19 Noyabr 2015

DƏMİR YOLUNUN LOKOMOTİV PARKI YENİLƏNİR

DƏMİR YOLUNUN LOKOMOTİV PARKI YENİLƏNİR

Son vaxtlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin balansında istismar olunan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının  yeniləşdirilməsi çərçivəsində Qazaxıstan Respublikasının «Lokomotiv quraşdırma» Səhmdar Cəmiyyəti arasında 10 ədəd yeni istehsal edilmiş, yükdaşımada istismar edilməsi nəzərdə tutulan TE33A «Evalution» tipli teplovozun alınması üçün müqavilə imzalanmışdır.

TE33A «Evalution» tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.

Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilmişdir.

Həmin teplovozlardan 5 (beş) ədədi artıq Azərbaycana gətirilmiş, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılmış, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilmişdir.

Bu teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq  yük qatarını sərbəst daşımağa qadirdir.

Bundan başqa bu elektrovozlar 2014-cü ildə istehsal edilmiş, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa  qadirdir.

Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılmış, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılmış, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilmişdir.

Yeniləşmə prosesi sürətlə davam edir.