17 Avqust 2016

Dəmir yolunun Puta - Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur

 Dəmir yolunun Puta - Qaradağ mənzilində 10 km yol əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

15 avqust 2016-cı ildə Puta - Qaradağ mənzilində 10 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri bir həftə  davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”MMC-nin kollektivi  həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin  verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması”layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL”şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri”barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ютян илин oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 135 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.