7 Dekabr 2015

DƏMİR YOLUNUN SƏRHƏR-KEÇİD MƏNTƏQƏSİNDƏ MƏLUMAT MÜBADİLƏSİ ELEKTRON FORMADA HƏYATA KEÇİRİLƏCƏK

 DƏMİR YOLUNUN SƏRHƏR-KEÇİD MƏNTƏQƏSİNDƏ MƏLUMAT MÜBADİLƏSİ  ELEKTRON FORMADA HƏYATA KEÇİRİLƏCƏK

“Dəmir yolu nəqliyyatı vasitəsilə Gömrük İttifaqı üzv dövlətləri arasında daşınan yüklər haqqında məlumatların qarşı tərəfin gömrük orqanlarına məcburi olaraq qabaqcadan ötürülməsi haqqında” Avrasiya İqtisadi Komissiyasının 196 saylı 17 sentyabr 2013-cü il tarixli qərarının və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının 14-cü iclasının protokol layihəsinə uyğun olaraq, İşçi qrupu ekspetlərinin iclasının qərarlarının yerinə yetirmək məqsədilə 12 sentyabr 2014-cü il tarixində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC Məlumat- Hesablama Mərkəzinin  nümayəndələri arasında görüş keçirilmişdir.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 21-22 oktyabr 2014-cü il Bakıda cağırılan 61-ci “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC rəhbərləri arasında məlumat mübadiləsi haqqında Saziş imzalanmışdır.

Məlumat Hesablama Mərkəzi öz növbəsində uyğun proqram təminatı işləyib hazırlamış və hal-hazırda proqram təminatı Yalama stansiyasında təcrübi istismara verilmişdir.

Layıhəyə uyğun olaraq yaxın zamanlarda şimal sərhəddində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələri qarşı tərəfə  elektron formada təqdim olunacaq.

Gələcəkdə bu proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulur.