2 Dekabr 2015

DƏMİR YOLUNUN VAQON PARKI YENİLƏNR

Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Bu məqsədlə 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşmüş, görüşdə “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır.

Bu günə kimi 2255 yük vaqonu Azərbaycana gətirilmişdir. Bunun 301-i qapalı,  200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si isə çən, 204-ü taxıldaşıyan, 100-ü xopper  vaqonudur.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu  25 aprel 2015-ci ildə ölkəmizə gətirilmişdir.