15 Oktyabr 2015

DƏMİRYOL İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNDU

 DƏMİRYOL İŞÇİLƏRİNİN PEŞƏ  BAYRAMI GÜNÜ QEYD OLUNDU

14 oktyabr 2015-ci ildə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr-dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik etdi.

Sonra o, Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2015-ci ildə imzaladığı sərəncamları oxudu.

Sonra C. Qurbanov bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürmüş,  7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin  Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan  dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Sonra bir qrup dəmiryolçuya “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri, MHİRK-in keçirdiyi İdman Spartakiadasının qaliblərinə kubok və mükafatlar təqdim olundu.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların qəbul olundu.