30 Dekabr 2015

Dəmiryolçular dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd etdilər

Dəmiryolçular dünya azərbaycanlılarının həmrəyliyi gününü qeyd etdilər

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş yığıncaq keçirilmişdir.

İllərin qovuşuğunda keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni 2016-cı il münasibətilə ürəkdən təbrik etmiş, dəmir yolunda çalışan insanlara  möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləmişdir.

Sonra C. Qurbanov il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın “Şimal-Cənub”  və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarları, bir qrup gənc dəmiryolçuya  YAP-ın üzvlük bileti təqdim olundu.