13 Oktyabr 2023

Dəmiryolçular Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Dəmiryolçular Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

13 oktyabr - Azərbaycan dəmiryol işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov və ADY kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

ADY kollektivi öncə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ADY kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edib.