21 Noyabr 2016

Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu

Dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu

12 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə bir qrup dəmiryolçunun ali dövlət mükafatları ilə təltif edilməsi məqsədilə sərəncamlar imzalamışdır.

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində  həmin mükafatların təqdimolunma mərasimi keçirilmişdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov tədbirdə çixiş edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalamışdir. Sərəncama əsasən, hər il oktyabnn 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir. Bu il də bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edildi.

Sonra dəmiryolçulara ali dövlət mükafatları təqdim olundu.

Çıxış edənlər göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına hörmət və ehtiramlarını bildirdilər.

Qeyd edək ki, ölkə başçısının sərəncamları ilə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü,  Əbişov Rəhman Qaçaxan oğlu, İsgəndərov Cümşüd Xələf oğlu və Nağıyev Nəriman Nurəddin oğluna "Əməkdar mühəndis" fəxri adı verilmiş, Yusubov Tofiq Tumar oğlu "Şöhrət" ordeni ilə, Bayramov Arif Camal oğlu, Bəşirov Nüsrət Əşir oğlu, Cəfərov Şamil Rəcəb oğlu, Əliyev Bəxtiyar Şohub oğlu, Əliyev Ədalət Eldar oğlu, Əsgərova Dilşad Mikayıl qızı, Hacıyev Cavanşir Əbdülhəmid oğlu, İmanov Laçın Firuddin oğlu, İskəndərov Vasib Zahid oğlu, Kazımov Məhərrəm Həsən oğlu, Quliyev Qabil Ədalət oğlu, Melidov Rəşid Feyzulla oğlu, Məmmədov Tahir Əmirxan oğlu, Paşayev Abdulxalıq Heybətulla oğlu, Zərbəliyev Əfras Yusif oğlu və Ziyadov Müşfiq Səmər oğlu "Tərəqqi" medalı ilə təltif edilmişlər.