11 Oktyabr 2016

Dəmiryolçularin idman spartakiadası keçirilir

 Dəmiryolçularin idman spartakiadası keçirilir

Bu gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına – Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyinə və dəmiryolçuların həmkarlar təşkilatının yaranmasının 110 illiyinə həsr olunmuş  idman spartakiadası keçirilmişdir.

Spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxış etmişdir. Bildirilmişdir ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilmişdir. Bütün bu işlərdə MHRİK-i Səhmdar Cəmiyyətin rəhbərliyi ilə daim əməkdaşlıq etmişdir.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar.

Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Spartadiadanın minifutbol, voleybol, futbol, stolüstü tennis və nərd üzrə yarışları Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışları “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında keçiriləcək. Spartakiadada ümumilikdə 300-dən çox dəmiryolçu-idmançı iştirak edəcək.

Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulamışdır.

Sonra yarışlara start verilmişdir.Spartakiadada  “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin, İnfrastruktur və Yük daşımaları Departamentlərinin komandaları yarışırlar.

Dəmiryolçuların idman spartakiadası sentyabrın 6-dək davam edəcəkdir.

Spartakiadanın sonunda qaliblərə diplom və pul mükafatları veriləcək.