1 Dekabr 2016

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin X Plenumu keçirilib

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin  X Plenumu keçirilib

1 dekabr 2016-cı ildə Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti X Plenumu keçirilib.

Plenumu giriş sözü ilə açan MHİRK-in sədri  Fəzail Bağırov giriş cözü ilə çıxış edərək son vaxtlar dəmir yolunun həyatında həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışdı.

MHİRK-in növbəti X Plenumunun gündəliyində bir məsələ vardı: “Azərbaycan Dəmir Yolları» Qapalı  Səhmdar  Cəmiyyətinin     rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə  bağlanmış Sazişin  yerinə yetirilməsi haqqında”.

Məsələ ilə bağlı MHİRK-in təşkilat şöbəsinin  müdiri Samir Böyükzadə məruzə etdi. Məruzəçi əməyin mühafizəsi, təhlükəsizliyin təmin olunması, yeni texnologoyanın tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı.

“Azərbaycan Dəmir Yolları”-nin sədri QSC-nin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev Plenumda çıxış edərək öz fikir və mülahizələrini bildirdilər. 

Müzakirələrdən sonra “Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyi ilə MHİRK arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə  bağlanmış Sazişin  yerinə yetirilməsi qənaətbəxş hesab olundu.

Sonda Azərbaycan Dəmiryolçularının MHİRK-in X Plenumu müvafiq qərar qəbul etdi.