25 Aprel 2016

ƏLIKƏND – UCAR MƏNZİLİNDƏ 7,5 KİLOMETR DƏMİR YOLU ƏSASLI TƏMİR OLUNUR

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verildi. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

25 aprel 2016-cı ildə Əlikənd - Ucar mənzilində 7,5 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 88 km dəmir yolu əsaslı təmir olunub.

 “Azərbaycan Dəmir Yolları»

Qapalı Səhmdar Cəmiyyətinin

Mətbuat Katibliyinin rəisi                          Nadir Əzməmmədov

Tel: 499-44-07